Məşhur vulkanın adını düz-əməlli demək də olmur...
21 Aprel 2010 17:27
"UPİ" agentliyinin məlumatına görə, dünya əhalisinin cəmi 0,005%-i vulkanın adını çaşmadan düzgün tələffüz edə bilər. Vulkan belə adlanır: "Eyyafyatlayokudl".
Dilin iinkişafını öyrənən "Global Language Monitor" təşkilatının rəhbəri Pol Cey-Cey Peyyak bu vulkanın adı son dərəcə qəliz olduğundan, onun lüğətə də salınmadığını bildirib: "Lüğətə dildə tez-tez işlənən sözlər salınır. Bu adı isə düzgün tələffüz edə bilən insanların sayı belə, çox azdır".
Milli.Az