Ermənistan tərəfi ön cəbhədə məruz qaldığı hərbi uğursuzluqlardan erməni cəmiyyətinin diqqətini yayındırmaq üçün Azərbaycana qarşı kiberhücumlarını davam etdirir.
Milli.Az ted.az-a istinadən bildirir ki, sosial şəbəkələrdə saxta profil açan və Azərbaycan dilini səlis bilən erməni hakerləri dezinformasiya xarakterli məlumatlar göndərərək panika yaymağa cəhd göstərir.
Bu dəfə də Azərbaycanlı WhatsApp istifadəçilərinə mesaj yazıb "Salam. Azərbaycanda nələr baş verir?" sualını verərək, məlumat əldə etməyə çalışırlar. Vətəndaşların "Kimsiniz?" sualına isə "Mən Türkiyədən bir qardaşam" cavabı verilir.
Sahə üzrə mütəxəssislər bu kimi mənbəyi bilinməyən mesajlar aldıqda, həmin istifadəçinin hesabını dərhal əngəlləməyi tövsiyə edirlər.
İnformasiya təhlükəsizliyi üzrə mütəxəssisləri bildirirlər ki, Azərbaycan-Ermənistan Tovuz sərhəd istiqamətində aparılan hərbi əməliyyatlarda uğursuzluqla üzləşən Ermənistan tərəfi, bu kimi haker hücumları vasitəsilə, həm məlumat almağa, həm də Azərbaycan vətəndaşlarının əhval ruhiyyəsi ilə bağlı yanlış təəssürat yaradıb, erməni cəmiyyətinin diqqətini yayındırmağa çalışırlar.
Bir daha Azərbaycan sosial şəbəkə istifadəçilərindən müharibənin yalnız ön cəbhədə hərbi-texnika ilə deyil, arxa cəbhədə də informasiya kommunikasiya texnologiyaları üzərindən aparıldığını nəzərə almalarını və bu kimi mesaj və paylaşımlara diqqət etmələrini tövsiyə edirik.
Milli.Az