Koronavirusa qarşı peyvəndin ilk sınaqları başa çatıb

18 İyul 2020 23:50

ABŞ-da koronavirusa qarşı peyvəndin sınaq testlərinin ilkin mərhələsi başa çatıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə məlumat "New England Journal of Medicine" jurnalında dərc edilib.

Məlumatda qeyd olunur ki, "Moderna" şirkətinin hazırladığı vaksinin sınağında 8-55 yaş arasında 45 nəfər iştirak edib. Onlara mRNA-1273 vaksini 28 gün fərqlə 25, 100 və 250 mikroqram dozasında verilib.

Könüllülərin hamısında immunitetin yüksəlməsi müşahidə olunub. Nəticədə bütün iştirakçılarda virusa qarşı anticisimlər yaranıb.

Milli.Az