Yeni texnologiya smartfona 5 dəqiqə ərzində 0-dan 50%-dək enerji toplamağa imkan verir

18 İyul 2020 08:35

"Iqoo" şirkəti tərəfindən gücü 120 vatt təşkil edən sürətli enerjidoldurma texnologiyası işlənib hazırlanıb. Bu yenilik sayəsində 4000 milliamper/saat tutumlu akkumulyatora malik smartfonlar 15 dəqiqə ərzində 100%-dək enerji toplaya bilərlər, halbuki 50% enerji toplamaq üçün yeni texnologiyaya 5 dəqiqə də kifayətdir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, mənbələrin məlumatına görə, "Iqoo" artıq belə enerjidoldurma dəstəkli smartfona malikdir. Bundan başqa, kütləvi istehsal artıq qurulub, cari ilin avqustunda qurğunu satın almaq mümkün olacaq.

Milli.Az