SpaceMax ™ texnologiyası ilə təchiz edilmiş Samsung soyuducuları - Karantin şəraitinin əvəz olunmaz köməkçisi

16 İyul 2020 10:00

Bu çətin günlərdə, tutumlu soyuducunun əhəmiyyətini daha yaxşı anlayırsan, belə ki, karantin şəraitində hətta marketlərə belə getməyə çəkinirik.  Adi bir mətbəx cihazı kimi gördüyümüz soyuducu, indi özümüzü COVID-19-dan qorumaq üçün vasitəyə dönüb, belə ki, ödəniş kassalarında uzun bir növbədə dayanmaq, yoluxma ehtimalını əhəmiyyətli dərəcədə artır. Bu səbəbdən Samsung-un istehsal etdiyi geniş, 617 litr həcmli soyuducu seriyasını sizlərə təqdim edirik. Cihazın əsas üstünlüklərindən biri də bənzərsiz SpaceMax ™ texnologiyası sayəsində Samsung-un, tutumun qabaritlərdən asılı olmadığını sübut etməsidir. Beləliklə, yeni texnologiya, soyuducunun divar qalınlığını azaltmaqla saxlama həcmini artırmağa imkan yaradır. İstehsalçı, divarların incəliyini, korpusun istilikkeçirmə qabiliyyətini azaldan keyfiyyətli istilik izolyasiyası ilə təmin edib.  Bu səbəbdən, SpaceMax ™ texnologiyası ilə təchiz edilmiş soyuducularda məhsulların rahat yerləşdririlməsi üçün xarici ölçülərin dəyişməz qalması şərti ilə, saxlama həcmi artırılıb.

Əlavə olaraq, qeyd etmək lazımdır ki, yeni texnologiya ilə təchiz edilmiş bütün Samsung soyuducuları rəqəmsal kompressor üzərindən işləyir. Digital Inverter səssiz işləyək, axarlı şəkildə 7 soyutma səviyyəsi üzrə gücü tənzimləyir və bu səbəbdən Samsung soyuducularının qeyd olunan proseslər zamanı "sakit" tərzdə işləməsi təmin edilir.   İşləmə sürətinə muxtar şəkildə nəzarət edilməsi kompressor hissələrin köhnəlməsini azaltmağa və soyuducunun ömrünü uzatmağa kömək edir, həmçinin, belə olduğu halda, enerji sərfiyyatına da qənaət edilir.

Bundan əlavə, SpaceMax ™ texnologiyasını dəstəkləyən Samsung soyuducuları su və buz dispenseri ilə də təchiz olunub. İndi isti yay günlərində evdən çıxmadan belə, soyuq içkilərdən asanlıqla həzz ala bilərsiniz. Sözü gedən dispenser, soyuducu qapısını açmadan sərin sudan və ya buzdan istifadə etmənizi təmin edir. Ən əsası isə odur ki, sözü gedən soyuducular, su təchizatı tələb etmədən, istənilən yerdə quraşdırıla bilinir. Qeyd edilən su dispenseri, tutumlu su rezervuarı ilə yanaşı, həm də kompakt buz generatoruna da sahibdir. Əminik ki, bu yenilikdə ürəyinizcə olacaq, belə ki, sözü gedən Samsung soyuducularının konstruksiyasına avtomatik buz generatoru da əlavə edilib. Soyuducu daxilində az yer tutan bu generator, buzu avtomatik tədarük edərək, istifadəyə hazır şəkildə saxlayır.

Əlavə olaraq, istədiyiniz zaman təzə tərəvəz və meyvələrdən istifadə etməyiniz üçün istehsalçı soyuducunun dizaynını xüsusi saxlama çəkməcəsi ilə təkmilləşdirmişdir. Sözü gedən bu rəf, geniş tutuma sahib olduğunundan bazarlıq məqsədi ilə mağazaya gediş sayını azaltmağa imkan verir. Ayrıca, bu qutu çox böyük olduğundan, ehtiyac duyduğunuz məhsulu istədiyiniz zaman asanlıqla tapa bilmənizi təmin edir. Soyuducuda quraşdırılmış xüsusi filtr  isə saxlama kamerasında olan kənar qoxuları aradan qaldırmaqla yanaşı, həm də məhsulların təbii ətrini qorumağa kömək edir. Belə ki, burada quraşdırılmış dezodorasiya filtri, hava axınını kömür süzgəclərə yönəldərək saxlama kamerasını kənar qoxulardan azad edir.

Bütün bu üstünlükləri ilə yanaşı, SpaceMax ™ texnologiyası ilə təchiz olunmuş Samsung soyuducuları, həm də qüsursuz bir görünüşə malikdir. Minimalizm üslubunda hazırlanmış, müasir görünüşlü  bu soyuducular istənilən mətbəxi bəzəyərək, hər bir interyerə mükəmməl şəkildə uyğunlaşmaq qabiliyyətinə malikdir. Beləliklə, hamar tutacaqlı qapılar, "metal" səth və müxtəlif rənglərin mövcudluğu  soyuducunu bəzək elementinə çevirərək cihaza əlavə zəriflik qatır.

SpaceMax™ texnologiyalı Samsung soyuducuları haqqında əlavə məlumatlar Baku Electronics, Irshad Electronics, Kontakt Home, Maxi.Az, Soliton и Optimal mağazalarında əldə edilə bilər.