Ermənistan vətəndaşı Naxçıvana keçib - VİDEO

15 İyul 2020 17:07

30 yaşlı Ermənistan vətəndaşı Narek Sardaryan işğalçı ölkənin mövqelərində yaranmış nəzarətsizlikdən istifadə edərək Naxçıvan Muxtar Respublikasının ərazisinə keçib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hərbiçilərimiz tərəfindən saxlanılan Sardaryan Naxçıvanla sərhəddə heyvandarlıqla məşğul olduğunu, öz ölkəsində olan zorakılıq, məmur özbaşınalığı və ədalətsizliklərdən bezərək sərhədi keçmək üçün fürsət axtardığını və ölkəmizə sığındığını bildirib.

Milli.Az