Ağdam kəndindən VİDEOREPORTAJ - “Atmayanda darıxırıq”

15 İyul 2020 17:59

Hazırda cəbhənin Tovuz istiqamətində nisbi sakitlikdir.

Milli.Az xəbər verir ki, qafqazinfo-nun Tovuza ezam olunmuş əməkdaşları rayonun Ağdam kəndində olublar, mövcud durumla maraqlanıblar.

Ağdam kənd sakini Dilşad Sadıqova bildirib ki, heç vaxt oranı tərk etməyəcəklər: "Heç hara getmirik. Biz gedən kimi istəyirlər bizim torpaqları alsınlar. Onların gözü bizim torpaqlardadı. İndi bilmirəm niyə atmırlar?! Atmayanda darıxırıq...".

Videoreportajı təqdim edirik:

Milli.Az