"Zirə"nin yeni baş məşqçisi Rəşad Sadıqov oldu

15 İyul 2020 17:53

"Zirə" futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Rəşad Sadıqov "Zirə" futbol klubunun yeni baş məşqçisi təyin olunub.

Qeyd edək ki, Azərbaycan milli komandasının və "Qarabağ"ın keçmiş futbolçusu Rəşad Sadıqov 20 illik peşəkar futbolçu karyerasını bir müddət öncə bitirib.

Milli.Az