Legionerlərdən Azərbaycana dəstək mesajı - FOTO

15 İyul 2020 18:29

Vaxtilə ölkəmizdə çıxış etmiş legioner futbolçular Azərbaycana dəstək olublar.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Qarabağ"ın sabiq futbolçuları - makedoniyalı Muarem Muarem, braziliyalı Vaqner da Silva, albaniyalı Ansi Aqolli, eləcə də "Neftçi"nin seneqallı müdafiəçisi Mamadu Mbodj Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verənlərə biganə qalmayıblar.

Onlar sosial şəbəkə səhifələrində Azərbaycanın bayrağı və xəritəsi olan şəkillər paylaşaraq ordumuza dəstək nümayiş etdiriblər. 

Milli.Az