Ermənilər Qazax rayonunun kəndini artilleriya qurğularından atəşə tutdu

14 İyul 2020 16:05

14 iyul tarixində saat 14:28 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Qazax rayonunun Xanlıqlar kəndi istiqamətində artilleriya qurğularından atəş açılıb.

Milli.Az bildirir ki, kənd sakinləri arasında yaralanma və xəsarətalma halları olmayıb. 

Milli.Az