Bakının rayonları üzrə koronavirusa yoluxma statistikası açıqlanıb

14 İyul 2020 16:21

Bakının rayonları üzrə koronavirusa yoluxma statistikası açıqlanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, ən çox yoluxma Binəqədi rayonunda qeydə alınıb. 

Belə ki, Binəqədidə yoluxma 12.7 faiz, Yasamalda 12.0 faiz, Xətaidə 12.1 faiz, Sabunçuda 12.2 faiz, Nəsimidə 10.3 faiz, Nərimanovda 8.7 faiz, Suraxanıda 8.4 faiz, Nizamidə 8.3 faiz, Qaradağda 6.1 faiz, Səbaildə 4.6 faiz,  Xəzər rayonunda 4.2 faiz, Pirallahıda 0.3 faiz qeydə alınıb.

Milli.Az