Toyda DƏHŞƏT: Ayağımı nəsə sancdı dedi, 1 saatdan sonra öldü

15 İyul 2020 07:00

Antalya Kaşın Yeşilköy məhəlləsində keçirilən küçə toyuna gedən 11 yaşlı Həmzə Sertel müəmmalı ölümlə qarşılaşıb.

Milli.Az xəbər verir ki, Həmzə qardaşına ayağını nəsə sancdığını deyib.

Uşaq dərhal məllədəki tibb məntəqəsinə aparılıb. Orada nə tərəfindən sancıldığı bilinməyən həmzə Kaş Dövlət Xəstəxanasına aparılıb.

Bir saat ərzində onun ağciyərləri funksiyasını itirib və həyatını xilas etmək olmayıb.

Uşağın ölüm səbəbi yarılmadan sonra bilinəcək. (publika.az)

Milli.Az