Tovuzun kəndləri yenidən atəşə tutuldu, kənd sakini həlak oldu

14 İyul 2020 12:56

Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində mülki şəxs həlak olub.

Milli.Az bildirir ki, erməni hərbi birləşmələrinin Tovuz rayonunun Ağdam kəndini atəşə tutması nəticəsində kənd sakini, 1944-cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlu həlak olub.

Erməni hərbçiləri Azərbaycan kəndlərini atəşə tutmaqda davam edir.

Milli.Az