Ermənilər Tovuzun kəndlərini yenidən atəşə tutdu

14 İyul 2020 09:07

Ermənistan silahlı qüvvələrinin bölmələri kəndləri yenidən atəşə tutub.

Milli.Az xəbər verir ki, Müdafiə Naziliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Trend-ə bildirib ki, iyulun 14-ü səhər saatlarından başlayaraq Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutulub.

Kənd sakinlərinə heç bir ziyan dəyməyib.

Milli.Az