Bakıda azyaşlını avtomobil vurub

14 İyul 2020 08:41

Bakının Binəqədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda, Birinci mədən ərazisində qeydə alınıb.

2008-ci il təvəllüdlü Ağaverdi Allahverdiyev yolun kənarında dayanan zaman onu minik avtomobili vurub. Yaralı ağır kəllə-beyin travması diaqnozu ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olduğundan yaralı xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

Milli.Az