Fuat Oktay: Hər zaman səninləyik Azərbaycan

14 İyul 2020 07:35

Türkiyənin Vitse-prezidenti Fuat Oktay rəsmi "Twitter" hesabında Azərbaycanla bağlı paylaşım edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, paylaşımda qeyd edilir:

"Dost və qardaş Azərbaycana Ermənistan tərəfindən edilən hücum qəbul oluna bilməz, kəskin şəkildə qınayıram. ‪Şəhid olan azərbaycanlı qardaşlarıma Allahdan rəhmət diləyirəm. ‪Türkiyə və Azərbaycan ətlə dırnaqdır. ‪Hər zaman və hər şərtlə səninləyik Azərbaycan".

Milli.Az