Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı

13 İyul 2020 22:15

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 13-nə olan statistik göstəriciləri açıqlayıb.

Milli.Az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 8 015 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 576 249 test aparılıb. Aktiv xəstə sayı 8 617 nəfərdir, onlardan 356 nəfər reanimasiyadadır, 58 nəfər isə süni tənəffüs aparatına qoşulub.

Milli.Az