Daha bir həkim koronavirusdan vəfat etdi

13 İyul 2020 17:47

Gəncədə daha bir həkim koronavirusdan dünyasını dəyişib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı həkimin kolleqaları sosial şəbəkədə paylaşıb. Bildirilib ki, Gəncə şəhərində fəaliyyət göstərən uşaq nevroloqu Kəmalə Dəhqani virus səbəbindən vəfat edib:

"Biliyini bölüşməyi bacaran, gözəl insan, çöhrəsindən təbəssüm əskik olmayan zəhmətkeş ana, qayğıkeş nənə Kəmalə xanımı itirdik. Allah rəhmət etsin, ailəsinə səbr versin!"

Milli.Az