Almaniyanın ARD ictimai televiziyası Ermənistanın təxribatından bəhs edib

13 İyul 2020 17:13

Almaniyanın ARD ictimai televiziyasının "Tagesschau" proqramında Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi təxribatdan bəhs edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məlumatda Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasına istinadən Ermənistan silahlı qüvvələrinin artilleriya qurğularından istifadə etməklə hücuma keçdiyi bildirilib.

Məlumatda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixindən də bəhs edilib.

Milli.Az