Klub prezidenti koronavirusa yoluxdu

13 İyul 2020 19:09

İsveçrənin "Sürix" klubunun prezidenti Ançillo Kanepa koronavirusa yoluxub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Kanepa "Ksamaks"la 1:1 heç-heçə etdikləri çempionat matçı üçün komanda ilə birlikdə avtobusla Nevşatelə gedib. Klub rəhbəri bu səbəbdən test verib və onun nəticəsi müsbət olub. 

Qeyd edək ki, daha öncə "Sürix"in futbolçusu Mirlind Krieziuda koronavirus aşkarlanıb.

Milli.Az