O olmasa xəstəliklər insan bədənini MƏHV EDƏR

26 Oktyabr 2020 23:55

Mineral sular bədənin xəstəliklərə qarşı immunitetinin güclənməsinə gətirib çıxardır. Minerallar olmasa, insan bədəni xəstəliklər qarşısında çarəsiz qala bilər. Hazırkı vəziyyətdə tez-tez mineral su içmək lazımdır.

Milli.Az xəbər verir ki, bu sözləri türkiyəli həkim Əli Qasım Hacim koronavirusdan qorunmaqla bağlı tövsiyələrində deyib.

"Minerallarda vitaminlər orqanizmimiz üçün faydalıdır. Sinir sisteminin hərəkət etməsi üçün bəzi mineralların hüceyrələrin içinə keçməsi lazımdır. Bütün bu komponentlər isə mineral sularda mövcuddur. Lakin on ada diqqət etmək lazımdır ki, gün ərzində normadan artıq mineral içmək olmaz", - deyə o bildirib. (publika.az)

Milli.Az