Səfir: "Azərbaycan FETÖ ilə mübarizədə Türkiyəyə dəstəyini davam etdirir"

13 İyul 2020 16:35

Azərbaycan FETÖ ilə mübarizədə Türkiyəyə dəstəyini davam etdirir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib.

Səfir qeyb edib ki, Azərbaycan FETO-ya məxsus bütün qurumları bağlayaraq, Türk xalqına və hökumətinə dəstək nümayiş etdirib.

Diplomat bildirib ki, bütün bunlarla yanaşı Azərbaycan FETO üzvlərini də Türkiyəyə qaytarıb:

"FETÖ ilə mübarizədə hər zaman qardaş Azərbaycanı yanımızda gördük".

Milli.Az