Gəmiçinin siqaretlə ehtiyatsız davranışı güclü yanğına səbəb oldu

13 İyul 2020 15:18

Türkiyənin Gəmilik rayonunun (Bursa vilayəti) sahil sularında lövbər salmış gəmidə güclü yanğın baş verib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, gəmidə çalışan şəxslərdən birinin siqaretlə ehtiyatsız davranması nəticəsində gəmidə güclü yanğın başlayıb.

Hadisə yerinə yanğınsöndürmə texnikası cəlb edilib.

Milli.Az