FHN: Gəncədə 7,2 ton benzin yanıb - YENİLƏNİB

13 İyul 2020 15:52

15:52

Gəncə şəhərinin Kəpəz rayonunda "LUKOİL" yanacaqdoldurma məntəqəsinin ərazisində tutumu 50 ton olan yeraltı yanacaq çəninin içərisində 7,2 ton yanacaq (benzin) yanıb.

Bu barədə Milli.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilir ki, Yaxınlıqda olan 1 ədəd 50 tonluq və 3 ədəd 25 tonluq yanacaq (benzin və dizel) çəni yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

---------

13:01

Gəncədə yanacaqdoldurma məntəqəsində partlayış olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Dədə Qorqud küçəsində yerləşən "Lukoil" yanacaqdoldurma məntəqəsində qeydə alınıb. 

Əraziyə yanğınsöndürən maşın və təcili tibbi yardım briqadası cəlb olunub. 

Milli.Az