Oğurluq cinayətlərinin üstünü heroin "açdı"

21 Aprel 2010 16:49
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, Elşad Məmmədzadə və Dilavər Səmədov narkotik vasitə istifadəsi ilə saxlanılıb. Onların üzrərindən heroin aşkarlanaraq götürülüb.
Aparılan istintaq tədbirləri nəticəsində həmin şəxslərin digər cinayətləri aşkarlanıb. Məlum olub ki, saxlanılan şəxslər ayrı-ayrı vaxtlarda Əsədulla Teymurov, Sabir Salmanov, Adil Fərəcov, Ramin Alıyev və Haqverdi Həsənova məxsus avtomobillərdən oğurluq ediblər.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Anar Məmmədov
Milli.Az