Ucarda atasını qətlə yetirən oğul tutuldu

13 İyul 2020 13:28

Ucar Rayon Prokurorluğu iyulun 10-da saat 03 radələrində Ucar rayonu, Bərgüşaad kənd sakini Bayram Abbasovun öldürülməsi ilə bağlı məlumat yayıb.

Prokurorluqdan Milli.Az-a verilən Ucar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin zərərçəkmişin oğlu 1994-cü il təvəllüdlü Əhliman Abbasov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilb.

Əhliman Abbasov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Milli.Az