Ermənistanda koronavirusa yoluxanların sayı 32 mini keçib

13 İyul 2020 13:17

Ermənistanda koronavirusa yoluxanların sayı 32 151 nəfərə çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, son sutka ərzində 182 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 8 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 573 nəfər koronavirusdan ölüb.

Milli.Az