Özbəkistanda karantin rejimi ilə əlaqədar yeni qadağalar tətbiq olunub

13 İyul 2020 12:50

İyulun 13-dən Özbəkistanda karantin rejimi ilə əlaqədar yeni qadağalar tətbiq olunub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu gündən avqustun 1-dək ölkədaxili hava və dəmir yolu nəqliyyatının hərəkəti yenidən dayandırılıb. Ölkədə bərbərxanalar və gözəllik salonları da həmin tarixədək işləməyəcək.

Xatırladırıq ki, ölkədə virusa yoluxma halı və ölənlərin sayının artması ilə əlaqədar iyulun 10-dan avqustun 1-dək karantin rejimi yenidən gücləndirilib, yaşı 65-dən yuxarı olanlar özünütəcrid rejiminə keçirilib.

Bu müddətdə Özbəkistanın şəhərlərində və regionlar arasında nəqliyyatın hərəkəti yenidən məhdudlaşdırılıb, toy və digər ailə şənliklərinin keçirilməsi qadağan olunub. Xüsusi icazəsi olan nəqliyyat vasitələrindən başqa ölkədə iyulun 18-19-da və 25-26-da taksilər də daxil olmaqla nəqliyyatın hərəkəti tam dayandırılacaq.

Milli.Az