"Qalatasaray"da yeni rekordçu

13 İyul 2020 14:51

Türkiyə Superliqasının 32-ci turunda "Ankaragücü" ilə səfər matçı (0:1) "Qalatasaray"ın futbolçusu  Emin Bayram üçün əlamətdar olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki,baş məşqçi Fatih Terim kapitanlıq sarğısını 17 yaşlı bu müdafiəçiyə həvalə edib.

Bununla da Emin Bayram "Qalatasaray"ı kapitan sarğısı ilə meydana çıxaran ən gənc futbolçu kimi klubun tarixinə düşüb. O, həm də Superliqada ilk dəfə oyuna start heyətdə başlayıb.

Milli.Az