Bu gecə şəhid olan baş leytenant - FOTO

13 İyul 2020 10:45

Xəbər verdiyimiz kimi, ötən gecə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində gərginlik davam edib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub. 

Sosial şəbəkələrdə baş leytenantın fotosu yayılıb. Bildirilir ki, şəhid baş leytenant Biləsuvar rayonu Aşağı Cürəti kəndində anadan olub.

Milli.Az