Qazaxda "Opel" "Şakman"la toqquşdu

12 İyul 2020 21:39

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Qazax rayonunun Yuxarı Salahlı kəndində "Opel" markalı minik avtomobili və "Shacman" markalı yük avtomobili toqquşub.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az