"Barselona"da ciddi itki

12 İyul 2020 18:55

"Barselona"nın hücumçusu Antuan Qrizmann Valladolid-lə dünənki çempionat matçında (1:0) zədə alıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bud nahiyəsində narahatlıq hiss edən fransalı futbolçu fasilədə Luis Suareslə əvəzlənib.

Bildirilir ki, Qrizmannın La Liqanın mövsümdəki son iki matçını buraxmaq ehtimalı var.

Milli.Az