İtaliya klubunda koronavirus şoku

12 İyul 2020 18:49

İtaliyanın "Parma" klubunun bir üzvü koronavirusa yoluxub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə klubun bir əməkdaşının koronavirus testinin müsbət nəticə verdiyi bildirilib. Adı açıqlanmayan həmin şəxsin müalicəsinə başlanılıb.

Qeyd edək ki, bu, A Seriyasının bərpasından sonra klublarda qeydə alınan ilk yoluxma halıdı.

Milli.Az