Fırıldaqçılar məşhur baş məşqçidən 250 min aldılar

12 İyul 2020 16:35

"Spartak"ın baş məşqçisi Domeniko Tedesko fırıldaqçıların toruna düşüb.

Milli.Az fanat.az-a istinadən bildirir ki,

özünü klubun əməkdaşları kimi təqdim edən şəxslər mütəxəssisdən "pul qobarıblar".

Hadisə 2 gün əvvəl - cümə axşamı baş verib. Həmin vaxt Soçidə - "Redisson" otelində dincələn Tedeskodan telefonla oteldə olub-olmadığını soruşublar. Baş məşqçi ekranda klubun əməkdaşlarından birinin şəklini gördüyündən onu arayan adamın maddi kömək istəyini yerinə yetirib.

Məlumata görə, kələkbazlar çalışdırıcıdan 250 min rubl alıb.

Milli.Az