Ermənistan klubunda koronavirusa kütləvi yoluxma

12 İyul 2020 14:53

Ermənistanın "Lori" klubunda koronavirusa kütləvi yoluxma halı qeydə alınıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, komandanın 17 üzvündə infeksiya aşkarlanıb.

Yoluxanlar arasında futbolçu və məşqçilərlə yanaşı, texniki heyətin əməkdaşları da var. Onların adları açıqlanmayıb. Bütün komandanın təcrid olunduğu bildirilib.

Milli.Az