Azərbaycanda icra başçısının müavini və şöbə müdiri koronovirusa yoluxdu

12 İyul 2020 12:13

Quba Rayon İcra Hakimiyyətinin başçısının  humanitar məsələlər üzrə müavini Səidə Abbasova və ümumi şöbənin müdiri Neman Hüseynov yeni növ koronavirusa (COVİD-19) yoluxub.

Milli.Az APA-ya istinadən bildirir ki, hər iki şəxs koronavirus xəstələrinin müalicəsi üçün ayrılan Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Milli.Az