Səudiyyə Ərəbistanında 75 futbolçuda koronavirus aşkarlandı

12 İyul 2020 14:14

Səudiyyə Ərəbistanının iki liqasında 75 futbolçu koronavirusa yoluxub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu, aparılmış test nəticəsində müəyyənləşib. Superliqada 50 futbolçu, 47 məşqçi və 16 rəsmi şəxsdə cavablar müsbət çıxıb. I Liqada isə 25 futbolçu yoluxub.

Başa çatdırılmağa 8 turu qalan Səudiyyə Ərəbistanı çempionatı avqustun 4-də bərpa olunacaq və sentyabrın 9-da yekunlaşacaq.

Ölkədə futbol yarışları martın 14-də koronavirus pandemiyası səbəbindən dayandırılıb. Səudiyyə Ərəbistanında azarkeşsiz idman məşqləri iyunun 21-dən bərpa olunub.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında 22 turdan sonra "Al Hilal" 51 xalla 1-ci, "Al Nasr" 2-ci yerdə gedir.

Milli.Az