PSJ-də yeni müqavilə

12 İyul 2020 11:57

PSJ futbolçusu Presnel Kimpembe ilə yeni müqavilə imzalayıb.

Goal.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2024-cü ilin iyununa kimi uzadılıb.

Qeyd edək ki, PSJ-nin yetirməsi olan fransalı oyunçu 2014-cü ildən əsas komandada oynayır. O, bu mövsüm Fransa çempionatında 16 matçda meydana çıxıb.

Milli.Az