“Aşk-ı Memnu”: Adnan hər an Bihterin xəyanətini öyrənə bilər - VİDEO

21 Aprel 2010 16:31
"Aşk-ı Memnu" serialının ötən həftə yayımlanan 69-cu seriyası Bihterin Firdevs xanıma qışqırması ilə bitmişdi. 70-ci seriyada isə Adnan bəy qəfildən Firdevslə Bihterin olduğu otağa girir. O, Bihterin qarşısında diz çökərək Firdevs xanıma yalvardığını görür. Adnan bəy gördüklərinə məna verməyə çalışır. Lakin bir şey anlamadığından, Bihterdən soruşur. O isə yayındırıcı cavablar verir. "Aşk-ı Memnu"nun finala yaxınlaşdığını nəzərə alsaq, Adnan bəyin hər şeyi öyrənməsi an məsələsidir.

70-ci seriyada Behlüllə Nihal evlilik hazırlıqlarını sürətləndirir. Nihal gəlinliyə baxmaq üçün moda evinə gedir. Toy hazırlıqlarının sürətlənməsi Bihteri daha çox əndişəyə salır.

Milli.Az