Şirvanda yanğın olub

12 İyul 2020 10:28

Şirvan şəhərində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Şirvan şəhərinin Bayramlı qəsəbəsində ümumi sahəsi 108 m2 olan birmərtəbəli evin qamış və taxta konstruksiyalardan ibarət dam örütüyü 30 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az