Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı

11 İyul 2020 22:39

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 11-na olan statistik göstəriciləri açıqlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 8 045 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 560 356 test aparılıb. Aktiv xəstə sayı 8 616 nəfərdir, onlardan 339 nəfər reanimasiyadadır, 49 nəfər isə süni tənəffüs aparatına qoşulub.

Milli.Az