Brilyantlarla bəzədilmiş tibbi maskalar satışa çıxarılıb

11 İyul 2020 15:21

Hindistanın Qucarat ştatında koronavirus pandemiyası fonunda zərgərlik mağazalarından birində brilyantlarla bəzədilmiş tibbi maskalar satışa çıxarılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, maskalara brilyantlarla yanaşı, qızıl da vurulur.

Mağaza sahibi bildirib ki, brilyantlarla bəzədiliş maska satmaq fikri bir müştərinin müraciətindən sonra yaranıb. Müştəri satıcıdan yaxın zamanlarda toyu olacaq cütlük üçün unikal hədiyyə istəyib.

Maskaların qiyməti üstündəki bəzəklərdən asılı olaraq 2 min dollarda 5 min dollardək təşkil edir.

Milli.Az