"Attestatı 100 dollara almışam" - Anar Ağakişiyev

11 İyul 2020 14:49

"10-11-ci sinfi çox pis oxumuşam. O vaxt 100 dollar böyük pul idi. Attestatımı 100 dollara almışdım. Dərsdən qaçmaqda nömrə bir olmuşam".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri stilist Anar Ağakişiyev "Tap-a-tap" layihəsinin qonağı olarkən deyib. Sualları cavablandıran stilist məktəb illərini xatırlayıb:

"1-dən 5-ə qədər gürcü dilində oxumuşam. 5-dən 7-yə qədər isə Azərbaycan məktəbində oxudum və zəiflədim. Əlaçıdan 3-ə düşdüm. Geri qalan isə rus bölməsində oxumuşam". 

Milli.Az