Ucarda qardaşlar birləşib əmini öldürdü

11 İyul 2020 13:55

Ucar sakini balta ilə qətlə yetirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Bərgüşad kəndində qeydə alınıb.

Belə ki, kənd sakinləri Asif və Vasif Abbasov qardaşları birləşərək əmləri 1969-cu il təvəllüdlü Abbasov Bayram Ata oğlunu balta ilə öldürüblər.

Hər iki qardaş rayon polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs kimi saxlanılıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az