Nepalda daşqın və torpaq sürüşməsi - Onlarla ölü

11 İyul 2020 14:01

Nepalın qərbində aramsız yağan yağışlar nəticəsində daşqınlar və torpaq sürüşmələri baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində azı 23 nəfər həlak olub. İtkin düşənlərin olduğu da deyilir.

Çoxlu sayda yaşayış evi dağılıb, kənd təsərrüfatına ciddi ziyan dəyib.

Hadisə bölgəsində axtarış-xilasetmə işləri aparılır. İndiyədək 50 nəfər xilas edilib.

Milli.Az