Ermənistanda futbol klubunun 17 üzvü koronavirusa yoluxub

11 İyul 2020 14:31

Ermənistanda "Lori" futbol klubunun 17 üzvü koronavirusa yoluxub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yoluxanlar arasında həm futbolçular, həm də məşqçilər var.

Xəstəliyə yoluxanların adları açıqlanmayıb. Qeyd olunur ki, komandanın bütün heyəti təcrid edilib.

Xatırladaq ki, Ermənistanda bu günədək koronavirusa yoluxanların sayı 31 min nəfəri keçib, 559 nəfər ölüb.

Milli.Az