Qəbələ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az xəbər verir ki, qəza Hacallı kəndi ərazisində qeydə alınıb.
Böyük Əmilli kənd sakini R.Məhərrəmov idarə etdiyi "VAZ-21093" markalı avtomobillə yolu keçən Bayramkoxa kənd sakini Eyyub Rəsulovu vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qəbələ RPŞ tərəfindən araşdırma aparılır.
Milli.Az