Sınaqlar "Favipiravir"in koronavirusun müalicəsində səmərəli olmadığını müəyyən edib

10 İyul 2020 23:57

Yaponiyada keçirilmiş kliniki sınaqlar qripə qarşı istifadə olunan "Favipiravir" dərmanının koronavirusun müalicəsində səmərəli olmadığını müəyyən edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, "Favipiravir"in sınaqları bu ilin yaz aylarında başlamışdı.

Digər təfərrüatlar barədə hələlik məlumat verilməyib.

Qeyd edək ki, "Favipiravir" Yaponiyanın "Fujifilm Holdings" şirkəti tərəfindən hazırlanıb.

Milli.Azd