İsrail yeni nəsil kəşfiyyat peykini kosmosa buraxıb

14 İyul 2020 08:01

İsrail yeni nəsil kəşfiyyat peykini kosmosa buraxıb. Bu haqda İsrailin Müdafiə Nazirliyinə istinadən "Sinxua" nəşri yazıb.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, məlumatda deyilir ki, İsrail Müdafiə Nazirliyi və İsrail Aerokosmik Sənayesi "Ofek-16" kəşfiyyat peykini uğurla kosmosa buraxıblar. Buraxılış "Şavit" işəsalma qurğusundan istifadə nəticəsində İsrailin mərkəzi hissəsində yerləşən kosmodromdan həyata keçirilib.

Müdafiə Nazirliyinin bəyanatına əsasən, "Ofek-16" qabaqcıl elektrooptik kəşfiyyat peykidir. Peyk buraxılışa kimi sınaqlardan keçib.

Xatırladaq ki, İsrailin "Ofek-1" qrupuna məxsus ilk peyki 1988-ci ildə buraxılıb.

Milli.Az