Nadir Zeynalov: Səhiyyə nazirinin səhhətində heç bir problem yoxdur

10 İyul 2020 18:25

Səhiyyə nazirinin səhhətində heç bir problem yoxdur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov deyib.

Onun sözlərinə görə, nazir hazırda iş başındadır: "Səhiyyə naziri bir neçə dəfə pandemiya dövründə müsahibə də verib: "Səhiyyə Nazirliyinin nümayəndələri ilə media arasında da görüşlər olur. Nazirlik əməkdaşları da həmişə media ilə mütəmadi əlaqə saxlayır".

Milli.Az